10 mart 2025 17:16
95

Tramp Zelenski hakimiyyətdə olduğu müddətdə Ukraynaya yardımı bərpa etməyəcək - "Bild"

ABŞ prezidenti Donald Tramp Vladimir Zelenski hakimiyyətdə olduğu müddətdə Ukraynaya yardımı bərpa etməyəcək.

“İki sahil” xəbər verir ki,  bu barədə “Bild” məlumat yayıb.

Nəşrin yazdığına görə, Tramp Zelenskini siyasi təzyiq vasitəsilə istefaya məcbur etmək niyyətindədir.

Məqalədə deyilir: “47 yaşlı siyasətçi hakimiyyətdə olduğu müddətdə, Kiyev üçün daha Amerika silahı olmaya bilər.

Nəşr qeyd edir ki, Tramp Zelenskiyə tərəfdaş kimi yox, Ukraynadakı münaqişənin həllinə maneə kimi baxır.