08 mart 2025 21:45
220

Ukraynanın peyk görüntülərinə çıxışı bloklandı - ABŞ tərəfindən

“Maxar” peyk təsvirləri şirkəti ABŞ prezidenti Donald Trampın əmri ilə Ukraynaya təqdim edilən bütün peyk görüntülərinin bloklandığını təsdiqləyib. ABŞ hökuməti Qlobal Təkmilləşdirilmiş GEOINT Çatdırılma Proqramı (GED) çərçivəsində Ukraynanın girişini dayandırıb.

İki sahil” “A Haber”ə istinadla xəbər verir ki, ekspertlər bu qərarın Ukraynanın hərbi kəşfiyyatını və döyüş qabiliyyətini ciddi şəkildə zəiflədəcəyini vurğulayıblar: “Maxar” görüntüləri olmasa, Ukrayna pilotsuz uçuş aparatları (PUA) əməliyyatlarında dəqiq hədəf təyin edə bilməyəcək və kəşfiyyat xidmətləri Rusiyanın hərbi imkanlarını aşkar etməkdə çətinlik çəkəcək”.

Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin baş məsləhətçisi Mark Cancian deyib: "ABŞ yardımının qeyri-müəyyən müddətə dayandırılması Ukraynanın avadanlıq alışını yarıya endirəcək və ordunun döyüş qabiliyyətini zəiflədəcək".

ABŞ prezidenti Donald Tramp martın 3-də Ukraynaya bütün yardımların dayandırılması barədə göstəriş verib.

Məhərrəm Ağalaroğlu, “İki sahil”