Litva Baş naziri Gintautas Palutskas Fransanın Avropa İttifaqı (Aİ) üçün “nüvə çətiri” təmin etmək imkanlarını zəif adlandırıb.
“İki sahil” xəbər verir ki, o, bu barədə Litva KİV-ə müsahibəsində bildirib.
"Bu gün Litva NATO-nun “nüvə çətiri” ilə qorunur. NATO-nun yeddi ölkəsi nüvə silahından çəkindirmə proqramında iştirak edir. Fransalıların təklifi maraqlıdır. Lakin demək istəyirəm ki, Fransanın nüvə arsenalı və Avropa çətirini təmin etmək qabiliyyəti hazırda çox zəifdir", - o qeyd edib.