10 mart 2025 11:53
93

Macarıstan bu həftə Rusiyaya qarşı sanksiyaların uzadılmasını poza bilər - "Euractiv"

Macarıstan bu həftə Avropa İttifaqı tərəfindən anti-Rusiya sanksiyalarının uzadılmasını poza bilər.

“İki sahil” xəbər verir ki,  bu barədə "Euractiv" portalı Avropa rəsmilərinə istinadla məlumat yayıb.

Nəşr qeyd edib ki, məhdudiyyətlərin uzadılması bu həftə Aİ-yə üzv olan 27 ölkənin hamısının razılığı ilə qəbul edilməlidir.

Portal qeyd edir ki, Macarıstanın baş naziri Viktor Orban ABŞ-ın anti-Rusiya məhdudiyyətlərinin yumşaldılmasının mümkünlüyü ilə bağlı bəyanatları fonunda Aİ-dən bəzi şəxslərə qarşı sanksiyaları ləğv etməyi və Ukrayna ərazisindən qaz tranzitinin bərpası məsələsinə baxmağı tələb edə bilər.

Məqalədə xatırladılıb ki, Aİ-nin sanksiyalar siyahısında hazırda 2400-dən çox fiziki və hüquqi şəxs var.

Bundan əvvəl Macarıstanın xarici işlər naziri Peter Szijjarto bildirmişdi ki, ABŞ Rusiya əleyhinə sanksiyaların bir hissəsinin ləğvini müzakirə etməyə hazırdır.