10 mart 2025 10:35
73

İranlı nazir: Sosial şəbəkəyə tətbiq edilən filtrlərin aradan qaldırılması tezliklə baş verməyəcək

İran hökuməti sosial şəbəkəyə tətbiq edilən filtrləri aradan qaldırmağı qarşısına məqsəd qoysa da, bu, tezliklə baş verməyəcək.

“İki sahil” “fararu.com”a istinadən xəbər verir ki, bunu İranın rabitə və texnologiya naziri Səttar Haşimi bildirib.

Jurnalistlərin “YouTube” və “Telegram” kimi kanallara tətbiq edilən məhdudiyyətin aradan qaldırılacağı müddətlə bağlı sualına cavabında nazir deyib ki, bu istiqamətdə işlər görülür, ancaq konkret vaxt barədə fikir söyləyə bilmir.

Onun sözlərinə görə, birinci mərhələdə “WhatsApp” və “Google Play”dən filtrlər qaldırılacaq.

İran Prezidenti Məsud Pezeşkian prezident seçkiləri qabağı təşviqat-təbliğat kampaniyasında sosial şəbəkəyə tətbiq edilən filtrlərin aradan qaldırılacağını vəd etmişdi.