10 mart 2025 14:02
89

USAID-in proqramlarının 83%-i ləğv edilib

ABŞ Prezidenti Donald Trampın administrasiyası USAID (ABŞ Beynəlxalq İnkişaf Agentliyi) proqramlarının 83 faizinin fəaliyyətini rəsmi olaraq dayandırıb. 

“İki sahil” xəbər verir ki, bu barədə məlumatı ABŞ Dövlət katibi Marko Rubio “X” hesabında paylaşıb. 

“6 həftəlik yoxlamadan sonra USAID proqramlarının 83 faizinin fəaliyyətini rəsmən dayandırdıq. Hazırda ləğv edilən 5200 müqavilə çərçivəsində on milyardlarla dollar ABŞ maraqlarına uyğun olmayaraq, bəzən isə onun maraqlarına qarşı xərclənib”, - deyə Rubio qeyd edib.

Onun sözlərinə görə, qüvvədə qalan proqramların icrası isə ABŞ Dövlət departamentinə həvalə edilib. 

Dövlət katibi, həmçinin paylaşımında amerikalı milyarder İlon Maskın rəhbərlik etdiyi Dövlət İdarəetməsinin Səmərəliliyi Departamentinə (DOGE) sözügedən islahatı icra etməyə töhfə verdiyinə görə təşəkkür edib.