10 mart 2025 12:26
87

Qərbdə COVID-19 pandemiyasından sonra anti-Rusiya isteriyası yarandı - Amerikalı milyarder

Amerikalı milyarder Devid Saksın fikrincə, Qərb COVID-19 pandemiyasından sonra cəmiyyətdə isteriya yaratmaq üçün Rusiyanı hədəf kimi seçib.

“İki sahil” xəbər verir ki,  bu barədə RT məlumat yayıb.

“Deyəsən, insanların isteriyaya ehtiyacı var. Biz “COVID hamını öldürəcək”dən “Rusiya bütün Avropanı fəth edəcək”ə keçdik. Tam cəfəngiyyatdır"- deyə, o, sosial media hesabında yazıb.

Amerikalı milyarderə görə beynimizi necə yuyulduğunun şahidi olacağıq.

Amerikalı milyarder bir müddət əvvəl Ukraynadakı münaqişənin ABŞ-ın keçmiş prezidenti Co Baydenin axmaqlığı ucbatından baş verdiyini bildirmişdi.