Rusiya və ABŞ arasında danışıqların yeni mərhələsi bu həftə Səudiyyə Ərəbistanında baş tuta bilər.
“İki sahil” xəbər verir ki, bu barədə CNN telekanalı mənbələrə istinadla məlumat yayıb.
Məlumata görə, Amerika administrasiyasının nümayəndələri yaxın günlərdə həm Ukrayna, həm də Rusiya rəsmiləri ilə görüşlər keçirəcəklər. Danışıqlarda konkret kimin iştirak edəcəyi açıqlanmır.
ABŞ Prezidenti Donald Tramp daha əvvəl Səudiyyə Ərəbistanında danışıqların aparılacağını və bunun nəticəsində Ukrayna münaqişəsinin həllində “böyük irəliləyiş”in gözlənildiyini bildirib.