Almatıya uçan “Air Astana” aviaşirkətinin təyyarəsi mühərriki söndürülmüş halda Aktauya qayıdıb.
“İki sahil” xəbər verir ki, bu barədə KazTAG məlumat yayıb.
“2025-ci il martın 8-də Aktaudan Almatıya uçan “KC 868” reysi uçuş hava limanına qayıdıb. Ekipaj 1 nömrəli mühərrikdə yağ səviyyəsinin aşağı olması ilə bağlı texniki xəbərdarlığa cavab olaraq standart prosedurlara uyğun şəkildə mühərriki söndürüb. Təyyarə sağ-salamat Aktauda eniş edib, - deyə “Air Astana”nın mətbuat xidmətindən bazar günü KazTAG-a bildiriblər.
Məhərrəm Ağalaroğlu, “İki sahil”