Almaniyanın qərbində yerləşən Krefeld şəhərində (Şimali Reyn-Vestfaliya federal əyaləti) Bundestaq (Almaniya parlamenti) seçkiləri zamanı naməlum şəxs seçki məntəqələrinin birində seçki komissiyasını və yoldan keçənləri bıçaqla hədələyib.
“İki sahil” xəbər verir ki, bu barədə “Rheinische Post” qəzeti şəhər nümayəndəsi Timo Bauermeysterə istinadən yazıb.
“Polisə məlumat verilib və biz onlarla əlaqə saxlayırıq”, - deyə rəsmi bildirib.
Qeyd olunur ki, cinayətkarın motivləri hələ müəyyən edilməyib. Onun saxlanılıb-saxlanılmaması da məlum deyil.
Heç kimin zərər görmədiyi bildirilir.
Məhərrəm Ağalaroğlu, “İki sahil”