23 fevral 2025 22:22
99

Ərdoğan ilə Makron daha koordinasiyalı şəkildə işləmək barədə razılığa gəliblər

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan fransalı həmkarı Emmanuel Makronla telefon danışığı aparıb.

İki sahil” xəbər verir ki, telefon danışığı zamanı ikitərəfli əlaqələr, regional və qlobal məsələlər müzakirə edilib.

Ərdoğan Türkiyənin Rusiya ilə Ukrayna arasında müharibənin dayandırılması, ədalətli və davamlı sülhün təmin edilməsi üçün səylərini davam etdirdiyini, bir neçə dəfə döyüşən tərəfləri danışıqlar masasına oturtmağı bacaran bir ölkə olaraq, sülh danışıqlarına ev sahibliyi etməklə öz töhfəsini verə biləcəyini və münaqişə tərəflərindən heç birini istisna etməyən danışıqlar prosesinin başlanmasının vacib olduğunu bildirib.

Türkiyə prezidenti fələstinlilərin Misirə, İordaniyaya və ya başqa üçüncü ölkəyə köçməsi planının qəbuledilməz olduğunu söyləyib.

Ərdoğan və Makron iki NATO müttəfiqinin lideri olaraq yeni dövrdə daha koordinasiyalı şəkildə işləmək barədə razılığa gəliblər.

Məhərrəm Ağalaroğlu, “İki sahil”