24 fevral 2025 02:20
78

Danimarka Ukraynaya humanitar yardım üçün əlavə 56,81 milyon dollar ayıracaq

Danimarka hökuməti Ukraynaya humanitar yardım və ölkənin yenidən qurulması üçün əlavə 405 milyon kron (56,81 milyon dollar) ayırıb.

“İki sahil” xəbər verir ki, bu barədə Danimarka Xarici İşlər Nazirliyi bildirib.

Nazirlik qeyd edib ki, BMT-nin hesablamalarına görə, 2025-ci ildə demək olar ki, 13 milyon insanın humanitar yardıma ehtiyacı olacaq ki, bu da Ukraynanın hazırkı əhalisinin üçdə birindən çoxu deməkdir.

2022-ci ilin fevralından bəri krallıq Ukraynaya hərbi dəstək üçün 7,2 milyard avro və mülki yardım üçün təxminən 709 milyon avro ayırıb.