24 fevral 2025 02:13
87

HƏMAS vasitəçilərlə danışıqlar aparmaqdan imtina edib

Fələstinin "HƏMAS" hərəkatı İsrail fevralın 22-də azad edilməli olan bir qrup məhbusu azad edənə qədər vasitəçilərlə danışıqlar aparmaqdan imtina edib.

“İki sahil” xəbər verir ki, bu barədə hərəkatın nümayəndəsi Mahmud Mardavi bildirib.

"Altı israilli girovun [təhvil verilməsi] müqabilində razılaşdırılmış məhbuslar azad edilənə qədər düşmənlə vasitəçilər vasitəsilə heç bir danışıqlar aparılmayacaq", - deyə o bildirib.

"Biz vasitəçilərdən düşməni razılaşmanı yerinə yetirməyə məcbur etməyi tələb edirik", - deyə "HƏMAS"ın nümayəndəsi qeyd edib.