23 fevral 2025 20:29
115

Gözlənilən hava şəraiti ilə bağlı növbəti XƏBƏRDARLIQ!

Soyuq dövrün ən aşağı temperaturu fevralın 24-ü axşamdan 25-i səhərədək gözlənilir.

“İki sahil” Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında havanın minimal temperaturu 5-8, Aran rayonlarında 4-9, dağlıq rayonlarda 13-18, yüksək dağlıq ərazilərdə 20-25 dərəcə şaxta olacaq.

Yolların buzlanması davam edəcək.