29 avqust 2026 12:28
135

Sənan Həsənov - Özbəkistan səfəri Türk Dünyasını tarixi köklərə bağlayan müdrik siyasətin yeni mərhələsidir

Bəşəriyyətin mədəni, siyasi, iqtisadi həyatına böyük tövhə vermiş türk milli kimliyi, ədəbi, siyasi və iqtisadi baxımdan bu gün də çox böyük əhəmiyyətə malikdir. Çünki bu birlik və əlaqələr qitələrarası mədəniyyətləri və sivilizasiyaları bir birinə qovuşdurub, onu zənginləşdirib. Bu gün də türk-islam dəyərlərinin vəhdəti Çindən Avropaya qədər bir ərazidə formalaşmış sivilizasiyaların içərisində unikallığı və möhtəşəmliyi ilə yeni dəyərlərə yol açıb. Memarlığın, təbiət və ictimai elmlərin beşiyi olan türk coğrafi məkanı ona görə dərindən öyrənilməlidir ki, burada mədəni etnik yaxınlıq itməyib. Eyni kökdən gələn dil, milli mədəni ənənələr ayrılmaz şəkildə bir birinə bağlanıb. Azərbaycan xalqı öz dəyərlərində tarixi köklərə bağlılığı həmişə yüksək qiymətləndirib və Türk birliyinin önündə gedən siyasət aparıb. Onun ideya məzmununa yeni çalarlar verib. Müstəqilik illərinin ilk vaxtlarından Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin apardıqları siyasət bütün türk dünyasının ideoloji konsepsiyasını ərsəyə gətirən müdrik fəaliyyət olaraq bu gün də yüksək dəyərə malikdir. Bu siyasətin türk dünyasının birliyinin ideoloji əsaslarını yaratmasına dair elmiliyi də buradan qaynaqlanır. Səfərdən öncə Prezident İlham Əliyevin tarixi fikirləri bu istiqamətdəki siyasətə aydınlıq gətirir. Həmin fikirlər açıq aydın göstərir ki, Prezident İlham Əliyev əbədi dostluğun strateji xəttini müəyyən edərkən ortaq dəyərlərin təməl prinsiplərini və tarixi köklərə bağlılığı yüksək qiymətləndirir. Dövlət başçımız aşağıdakı fikirlər ilə bütün türk dünyasına siyasi mesajları ötürərək demişdir: " İki qardaş ölkə -Azərbaycan və Özbəkistan münasibətlər ortaq tarix, mədəniyyət, dil və mənəvi dəyərlərə, həmçinin birgə həmrəyliyə və xalqlarımızın əsrlərlə davam etdirdiyi, nəsildən nəsilə ötürdüyü dərin qarşılıqlı rəhbərə əsaslanır. Bu möhkəm bünövrə üzərində qurulmuş dövlətlərarası münasibətlər son illər misli görünməmiş inkişaf mərhələsinə qədəm qoyub, ən yüksək pilləyə -müttəfiqlik səviyyəsinə yüksəlib tamamilə yeni məzmun qazanıb". Bu tarixi fikirlər böyük Türk Birliyinin keçmişdən gələcəyə doğru strateji xəttinə uğurlu və müdrik tövhə ən əsası yenilməz siyasi iradənin nümunəsidir.

Sənan Həsənov,

Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent