İsrail ordusu Suriyanın Colan təpələri və ona bitişik bufer zonasında mövcudluğunu “qeyri-müəyyən müddətə” saxlayacaq.
“İki sahil” xəbər verir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu zabit kurslarının məzunları qarşısında çıxışı zamanı deyib.
"Suriyada İsrail Müdafiə Ordusunun qüvvələri yaşayış məntəqələrimizi qorumaq və mümkün təhlükələrin qarşısını almaq üçün Hermon dağında və bufer zonasında qeyri-müəyyən müddətə qalacaq", - deyə o bildirib.