ABŞ prezidenti Donald Tramp yaxın 30 gün ərzində ölkədə "TikTok" sosial şəbəkəsinin taleyi ilə bağlı qərar vermək niyyətindədir.
“İki sahil” xəbər verir ki, bu barədə Donald Tramp jurnalistlərə deyib.
"Bir çox insan mənimlə TikTok əldə etmək məsələsini müzakirə edir, bunlar çox vacib insanlardır. Yəqin ki, yaxın 30 gün ərzində qərar verəcəm. Bunu etmək üçün 90 günüm var, Konqres mənə 90 gün vaxt verdi. Biz TikTok-u xilas edə bildik, düşünürəm ki, bu yaxşı bir şey olardı", - deyə o bildirib.