26 yanvar 2025 09:53
143

Vəkil Fırat Epözdemir həbs olundu

Terror təşkilatı PKK/KCK-yə qarşı aparılan istintaq çərçivəsində saxlanılan İstanbul Vəkillər Kollegiyasının İdarə Heyətinin üzvü, vəkil Fırat Epözdemir həbs edilib.

“İki sahil” xəbər verir ki, İstanbul Baş Prokurorluğu tərəfindən terror təşkilatı PKK/KCK-nın fəaliyyətlərinin ifşa olunmasına yönəldilmiş istintaq çərçivəsində saxlanılan Epözdemirin İstanbul Polis İdarəsindəki prosedurları tamamlanıb.

İstanbul Ədalət Sarayına aparılan Epözdemir, prokurorluqdakı ifadəsindən sonra "terror təşkilatının təbliğatını aparmaq" və "silahlı terror təşkilatına üzv olmaq" ittihamları ilə həbs olunması tələbi ilə növbətçi məhkəməyə göndərilib.

Orxan Vahidoğlu, "İki sahil"