Venesuelada 2024-cü il prezident seçkilərindən sonra iğtişaşlarda iştirak etdiklərinə görə saxlanılmış 1896 nəfər azad edilib.
“İki sahil” xəbər verir ki, Bolivar Respublikasının Baş Prokurorluğu bu barədə açıqlama yayıb.
Komunikedə bildirilib ki, 2025-ci il yanvarın 16-dan 24-dək, əvvəllər baxılmış işlərə əlavə olaraq, 381 məhbusun işinə sorğu verilib və baxılıb. Bu, Konstitusiyada təsbit olunmuş prinsiplərə və hüquqlara ciddi riayət etməklə azadlığa buraxılanların sayını 1896-ya çatdırıb.
Baş Prokurorluq, sülhün, ədalətin və insan hüquqlarının müdafiəsi sahəsində obyektiv və qərəzsiz iş aparmağa sadiq olduğunu bir daha vurğulayıb.