Ermənistanın baş naziri Nikol Paşinyan əmin edib ki, onun velosiped sürməsi, tənqidçilərin iddia etdiyi kimi, ölkəni idarə etmək qabiliyyətinə mane olmur.
“İki sahil” TASS-a istinadla xəbər verir ki, Paşinyan İctimai Televiziyaya müsahibəsində deyib: “Mən velosiped sürəndə də ölkənin qurumları işləyir, əsas da budur”.
Qeyd edək ki, Ermənistan müxalifəti Paşinyanı velosiped sürməklə məşğul olduğuna və velosiped sürməsini təbliğ etdiyinə görə tənqid edir.
Məhərrəm Ağalaroğlu, “İki sahil”