Macarıstan Avropa İttifaqı və Ukraynadan Rusiyaya qarşı sanksiyaların uzadılması məsələsi ilə əlaqədar enerji təhlükəsizliyi zəmanəti verilməsini tələb edir.
“İki sahil” xəbər verir ki, bu barədə Macarıstanın Xarici İşlər və Ticarət naziri Peter Siyarto Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaja Kallas ilə telefon danışığından sonra bildirib.
"Bazar ertəsi Aİ-nin Xarici Əlaqələr Şurası Rusiyaya qarşı sanksiyaların davam edib-etməməsinə qərar vermək üçün toplanacaq. Formula aydındır: bundan sonra biz başqalarının müharibələrinin bədəlini ödəyə bilmərik və eyni zamanda enerji təhlükəsizliyimiz üçün riski qəbul edə bilərik. Ukrayna və ya Avropa İttifaqı zəmanət verməlidir ki, gələcəkdə Macarıstana təbii qaz və neft tədarükünə heç bir maneə yaratmayacaqlar”, - deyə Siyarto feysbuqda yazıb.
Məhərrəm Ağalaroğlu, “İki sahil”