21 oktyabr 2024 13:29
71

Dünya bəşəriyyətin tamamilə məhv edilməsi təhdidi ilə üz-üzədir - Medvedev

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib ki, güc balansı olmayan müasir dünya bəşəriyyətin tamamilə məhv edilməsi təhdidi ilə üz-üzədir.

“İki sahil” xəbər verir ki,  bu barədə o, Telegram kanalında yazıb.

“İndiki şəraitdə tarazlığı olmayan dünya on il belə davam etməyəcək. Əgər Qərb bu sadə həqiqəti dərk etməsə, bu, hər şeyin sonu olacaq”, - Medvedev qeyd edib.

O, vurğulayıb ki, balansın alternativi bəşəriyyətin tamamilə məhv edilməsi ilə nəticələnəcək müharibədir.