21 oktyabr 2024 15:50
97

Türkiyə ordusu Suriyada iki PKK terrorçusunu öldürüb

Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında yeni əməliyyat keçirib.

“İki sahil” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, "Fırat Kalkanı" bölgəsində keçirilən əməliyyat nəticəsində PKK/YPG terror təşkilatının iki üzvü öldürülüb.

Vurğulanıb ki, terrorçulara qarşı mübarizə davam edəcək.