21 oktyabr 2024 15:16
86

Tayvan ətrafında YENİ GƏRGİNLİK

Çin ABŞ və Kanadanı bu yaxınlarda Amerika və Kanada gəmilərinin göründüyü Tayvan boğazında sülh və sabitliyi pozmaqda ittiham edib.

“İki sahil” xəbər verir ki, bu haqda RT məlumat yayıb.

Bildirilib ki, Amerikanın “USS Higgins” esminesi və Kanadanın “HMCS Vancouver” freqatı Çin donanması və hava qüvvələri tərəfindən müşahidə edilib.

“Sinxua” agentliyi azır ki, Çin ordusu yüksək hazırlıq vəziyyətindədir və ölkənin milli suverenliyini və təhlükəsizliyini qətiyyətlə müdafiə etməyə hazırdır.

Xatırladaq ki, oktyabrın 14-də Çin ordusu Tayvan ətrafında hərbi təlimlərinin başladığını elan etmişdi.