21 oktyabr 2024 17:02
115

Putin ABŞ-dan olan ilk siyasi qaçqına vətəndaşlıq verdi

Rusiya prezidenti Vladimir Putin amerikalı jurnalist Co Roblesə vətəndaşlıq verilməsi haqqında fərman imzalayıb.

“İki sahil” “Kommersant”a istinadla xəbər verir ki, media onu ABŞ-dan gələn ilk siyasi qaçqın adlandırır. O, Rusiyaya 1990-cı illərin sonlarında gəlib. Sənəd rəsmi hüquqi informasiya portalında dərc olunub.

Ümumilikdə 15 nəfər prezidentin fərmanı ilə Rusiya vətəndaşlığı alıb. Onların arasında Sankt-Peterburqun “Zenit” komandasının braziliyalı futbolçusu Duqlas Santos, kanadalı xokkeyçi, “Dinamo”nun oyunçusu Sedrik Paket, livanlı rəssam Daqer Nizar və finlandiyalı ictimai xadim və publisist Yohan Bekman da var. Prezident üç nəfərin vətəndaşlıqdan çıxması ilə bağlı ərizələrini də təsdiq edib.

Robles Taino xalq qrupunun nümayəndəsidir. O, Puerto Rikoda anadan olub və doğulanda Amerika vətəndaşı olub. 1996-cı ildə Rusiyaya gəlib, müəllim və beynəlxalq jurnalist kimi fəaliyyət göstərib. TASS yazır ki, Ukraynada xüsusi əməliyyat başlayandan sonra Con Robles cəbhə və sərhəd bölgələrinə humanitar yardım çatdırır.