21 oktyabr 2024 17:17
123

Türkiyənin sözünü Rusiya da, ABŞ da eşidir- TBMM sədri

Türkiyənin sözünü Rusiya da, ABŞ da eşidir.

“İki sahil” xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş Aydın şəhərində vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşündə deyib.

O bildirib ki, bu gün Türkiyə qlobal güclərdən biri olmağa namizəddir.

N.Kurtulmuş söyləyib ki, sözün arxasında güc olmalıdır: “Bu zaman söz daha qüdrətli olur”.

Parlament sədri qeyd edib ki, bu gün Türkiyə müdafiə sənayesinə görə dünyanın ilk ölkələrindəndir.