21 oktyabr 2024 17:55
120

BRICS-lə bağlı məhdudiyyətlər zərurətdir - Minnixanov

Kazan BRİKS sammiti ərəfəsində “donub”: küçələr boşdur, qurumlar bağlıdır, müəssisələr uzaqdan işləyir, tıxacların əvəzinə nadir kortejlər görünür. Səlahiyyətlilər həmçinin bələdiyyə dayanacaqlarını bağlayıb və elektriklə işləyən skuterlərin icarəyə verilməsini müvəqqəti qadağan ediblər. Baş verənlər pandemiya zamanı karantini xatırladır - şəhər sakinlərinə hətta çölə çıxarkən pasportlarını özləri ilə götürmələri tövsiyə olunub ki, polis onların qeydiyyatını yoxlaya bilsin.

“İki sahil” “Kommersant”a istinadla xəbər verir ki, şəhər çox sakit görünür, hətta tikintilər də dayanıb. Kazanlı tələbələr vaxtından əvvəl tətilə göndərilib, tələbələr distant təhsilə keçib. Tatarıstanın rəhbəri Rüstəm Minnixanov BRICS ilə bağlı məhdudiyyətləri zərurət adlandırıb. Sammitdə təhlükəsizliyin təmin edilməsi vacibdir. O, şəhərdəki dəyişikliklərə diqqət yetirməyə çağırıb: yeni yollar, otellər və modernləşdirilmiş hava limanı inşa edilib.

Rusiya prezidenti Vladimir Putin oktyabrın 21-i axşam Kazana yola düşəcək. Orada onu üç günlük marafon gözləyir. Prezidentin mətbuat katibi Dmitri Peskov deyib: “Hər gün çoxtərəfli və ikitərəfli formatda görüşlər olacaq. Braziliya prezidenti Lula da Silva Kazana gələ bilməyəcək. O, vanna otağında yıxıldığından həkimlər ona uçmaqdan çəkinməyi tövsiyə ediblər”.