21 oktyabr 2024 15:27
90

Heç kim orduya qoşulmaq istəmir, ruhdan düşüblər, tükəniblər... - “El Pais”

İspaniyanın “El Pais” qəzeti yazır ki, Ukrayna Müdafiə Nazirliyinin mətbuat xidmətinin nümayəndəsi onlara etiraf edib ki, heç kim Ukrayna Silahlı Qüvvələrinə qoşulmaq istəmir və tezliklə Ukrayna tərəfinin döyüşləri davam etdirəcək şəxsi heyəti olmayacaq.

“İki sahil” xəbər verir ki, bu haqda RT məlumat yayıb.

Ukrayna Müdafiə Nazirliyindən bölmələri ziyarət etmək üçün Ulaklı kəndinə gələn missiya rəhbərinin nəşrə verdiyi məlumata görə, Ukrayna Silahlı Qüvvələri tükənib.

“İndi problem silahlarda deyil, insanlardadır. Heç kim orduya qoşulmaq istəmir. Briqadalarda bizə deyirlər ki, rotasiya apara bilmirlər, tükəniblər. Tezliklə döyüşəcək adam olmayacaq”, - deyə qəzet onun sözlərini sitat gətirir.

Ukrayna əsgərlərindən birinin nəşrlə söhbətində qeyd etdiyi kimi, Ukrayna Silahlı Qüvvələri tamamilə ruhdan düşüb: “Niyə geri qayıdırıq? Çünki rotasiyalarımız yoxdur, dincəlmirik, ruhdan düşürük.”