21 oktyabr 2024 14:59
86

Moskvada Gürcüstan vətəndaşı qiyabi 13 il müddətinə azadlıqdan məhrum edilib

Moskva məhkəməsi Gürcüstan vətəndaşını Ukrayna Silahlı Qüvvələrində xidmət etdiyinə görə qiyabi 13 il müddətinə azadlıqdan məhrum edib.

“İki sahil” “Kommersant”a istinadla xəbər verir ki, Rusiyada məhkəmə Gürcüstan vətəndaşı Rusudani İvaneişvilini Ukrayna Silahlı Qüvvələrinin tərəfində döyüş əməliyyatlarında iştirak etdiyinə görə qiyabi olaraq 13 il müddətinə azadlıqdan məhrum edilib. O, beynəlxalq axtarışa verilib.

Rusiya müstəntiqlərinin fikrincə, Gürcüstan vətəndaşı Ukrayna tərəfində silahlı münaqişədə iştirak edən hərbiləşdirilmiş birləşmə yaradıb. İvaneişvili də ona qoşularaq odlu silah, döyüş sursatı və uniforma alıb. İstintaq Komitəsinin məlumatına görə, o, Gürcüstan Milli Legionunun (Rusiya Federasiyasında terrorçu kimi tanınıb) təlim bazalarında hərbi təlim keçib, bundan sonra Donetskdə təhlükəsizlik qüvvələrinin nümayəndələrinə və Rusiya Federasiyasının hərbi qulluqçularına qarşı döyüşlərdə iştirak edib.