21 oktyabr 2024 15:53
97

Baş nazirin müavini: BRICS-ə üzvlük Ermənistanda müzakirə olunmur

Ermənistan BRICS-ə üzv olmağı planlaşdırmır.

"İki sahil” Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu ölkənin baş nazirinin müavini Mqer Qriqoryan deyib.

“İndiki mərhələdə belə müzakirələr yoxdur.”, - M.Qriqoryan bildirib.

Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan BRICS sammitində iştirak edəcək.

BRICS sammiti oktyabrın 22-24-də Kazanda keçiriləcək.