21 oktyabr 2024 13:29
71

Türkiyə Krımı Ukrayna ərazisi kimi tanıyır- Hakan Fidan

Türkiyə Krımı Ukrayna ərazisi kimi tanıyır.

“İki sahil” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada ukraynalı həmkarı Andrey Sbiqa ilə birlikdə keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, Türkiyə Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir: “Biz müharibənin diplomatiya yolu ilə həllində maraqlıyıq. Müzakirələr bütün tərəflərin iştirakı ilə baş tutmalıdır".