21 oktyabr 2024 13:17
72

Türkiyə kəşfiyyatı da Fətullah Gülənin ölümünü təsdiqləyir- Hakan Fidan

Türkiyə kəşfiyyatı da FETÖ lideri Fətullah Gülənin ölümünü təsdiqləyir.

“İki sahil” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada ukraynalı həmkarı Andrey Sbiqa ilə birlikdə keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, bu hadisə Türkiyəni arxayınlaşdırmayacaq: “FETÖ gənclərimizi öz sıralarına çəkib. Onları bu yoldan çəkinməyə çağırırıq”.