21 oktyabr 2024 14:55
89

Ermənistan Parlamentinin daimi komissiyası delimitasiya reqlamentini təsdiqləyib

Ermənistan Parlamentinin Beynəlxalq Əlaqələr üzrə Daimi Komissiyası Ermənistan-Azərbaycan Sərhədləriin Delimitasiyası və Demarkasiyası üzrə Komissiyaların Reqlamenti haqqında qanun layihəsini təsdiqləyib.

"İki sahil" Ermənistan KİV-ə istinadən xəbər verir ki, sənədin lehinə 5, əleyhinə isə 3 deputat səs verib.

Nəticədə sənəd Parlamentin iclasında müzakirə üçün tövsiyə edilib.