21 oktyabr 2024 12:56
72

Telegram, WhatsApp və Viber-də problemlər yaranıb

Telegram, WhatsApp və Viber istifadəçiləri messencerlərin işindən şikayətləniblər.

“İki sahil” xəbər verir ki,  “Sboy.rf” portalının məlumatına görə, xidmətlərin düzgün işləməməsi ilə bağlı ən çox şikayət saat 10:45-dən 11:00-a qədər olub.

1,7 min istifadəçi Viber-in düzgün işləmədiyini bildirib. 149 istifadəçi Telegram-da, 139 istifadəçi WhatsApp-da nasazlıqdan şikayət edib. Ən çox Moskva, Sankt-Peterburq və Krasnodar diyarından olan istifadəçilər problemlə üzləşib.

Oktyabrın 3-də Telegram-da kütləvi fasilə yaranıb; Rusiyadan 28,8 min istifadəçidən şikayət daxil olub. Telegram mətbuat xidməti messencerin fəaliyyətindəki problemləri Yaxın Şərqdəki müharibə fonunda görünməmiş yük kimi izah edib.