21 oktyabr 2024 12:47
85

KXDR əsgərləri Ukraynada vuruşur? - AÇIQLAMA

Prezidentin mətbuat katibi Dmitri Peskov Şimali Koreya hərbçilərinin Ukraynada həyata keçirilən xüsusi hərbi əməliyyatda iştirak etməsi ilə bağlı  məlumatı şərh edib.

“İki sahil” xəbər verir ki, bu haqda RT məlumat yayıb.

O, məlumatları ziddiyyətli adlandırıb və onlara şübhə ilə baxmağa çağırıb. Peskov vurğulayıb ki, Rusiya ilə Şimali Koreya arasında əməkdaşlıq üçüncü ölkələrin narahatlığına səbəb olmamalıdır.

“Biz çoxlu ziddiyyətli məlumatlar görürük, cənubi koreyalılar bir şey deyir, sonra Pentaqon deyir ki, onlarda belə bəyanatların təsdiqi yoxdur, ona görə də çoxlu ziddiyyətli məlumatlar var. Yəqin ki, buna elə belə münasibət göstərilməlidir”, -  deyə, Peskov bildirib.