21 oktyabr 2024 14:47
89

Hindistan XİN Rusiya ordusundan 85 vətəndaşını geri qaytardığını açıqlayıb

Hindistanın xarici işlər naziri Vikram Misri ölkəsinin 85 vətəndaşının Rusiya ordusundan geri qaytarıldığını bildirib. Onun sözlərinə görə, onları aldatma yolu ilə bu işə cəlb ediblər.

“İki sahil” “Kommersant”a istinadla xəbər verir ki, daha 20-yə yaxın hindlinin geri qaytarılması gözlənilir.

Nazirin bildirib ki, bu vətəndaşların Rusiya ordusundan azad edilməsi Dehli və Moskva arasındakı təmaslardan sonra mümkün olub.

Hindlilərin evlərinə qayıtması barədə məlumat Hindistanın baş naziri Narendra Modinin BRİKS sammiti üçün Kazana səfəri ərəfəsində yayılıb.

Mart ayında Hindistanın Mərkəzi Təhqiqat Bürosu Ukraynadakı münaqişədə Rusiya ordusu tərəfdən qoşulmaq üçün insanları cəlb edən cinayətkar şəbəkəni ifşa edib. Büronun məlumatına görə, Hindistan vətəndaşlarına Rusiyada işlə təmin olunmaq və universitetdə təhsil almaq vəd edilib. Nəticədə onların pasportları götürülərək döyüş bölgəsinə göndərilib.

Bu ilin sentyabr ayında Hindistan Xarici İşlər Nazirliyi 45 ölkə vətəndaşının Rusiya ordusundan azad edildiyini, daha 50 nəfərin xidmətini davam etdirdiyini və hərbi əməliyyatda iştirak etdiyini açıqlamışdı.