18 oktyabr 2024 10:53
76

Türkiyə və Britaniya müdafiə nazirləri NATO daxilində ikitərəfli əməkdaşlığı müzakirə ediblər

Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Belçikanın paytaxtı Brüsseldə Böyük Britaniyadan olan həmkarı Con Healey ilə görüşüb.

“İki sahil” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib.

Vurğulanıb ki, tərəflər NATO müdafiə nazirlərinin Belçikada keçirilən növbəti iclası çərçivəsində bir araya gəliblər. Onlar NATO daxilində təhlükəsizlik və müdafiə sənayesi sahəsində ikitərəfli əməkdaşlığı müzakirə ediblər.