18 oktyabr 2024 12:38
71

Tunelin sonunda işıq görünmür - Polşanın müdafiə naziri

Polşa Müdafiə Nazirliyinin rəhbəri Vladislav Kosiniyak-Kamış Vladimir Zelenskinin “qələbə planı”nın NATO və Avropa İttifaqında o qədər də böyük ruh yüksəkliyi yaratmadığını qeyd edib.

“İki sahil” RT-yə istinadla xəbər verir ki, o, nə Avropa Şurasında, nə də NATO-nun mənzil-qərargahında böyük həvəs olmadığını deyib: “Bu plan problemi həll etmir, tunelin sonunda reallığı dəyişdirəcək ifadəli parlaq işıq yoxdur”.

Polşalı nazir əlavə edib ki, Ukrayna cəbhəsində çətin vəziyyət mövcuddur. Bundan əlavə, o, böyük müharibənin yaratdığı yorğunluğun olduğunu söyləyib.