18 oktyabr 2024 12:55
74

İordaniyadan İsrailə sızdılar, ikisi məhv edildi...

Bir qrup silahlı şəxs İordaniyadan İsrailə Ölü dəniz bölgəsinə sızıb, onlardan ikisi İsrail hərbçiləri tərəfindən zərərsizləşdirilib.

“İki sahil” xəbər verir ki, İsrail ordusunun Telegram kanalında məlumat yayılıb.

 “Bir müddət əvvəl ordunun əsgərləri İordaniyadan İsrail ərazisinə, Ölü dənizin cənubuna gələn bir neçə terrorçunu aşkar edib. Hərbçilərə atəş açan iki terrorçu zərərsizləşdirib”, - deyə, məlumatda qeyd edilir.

Qalan silahlı şəxslərin axtarışı davam edir.