18 oktyabr 2024 10:09
117

Konqo Respublikasının Milli Neft Şirkətinin baş direktoru BANM-da olub - FOTO

Konqo Respublikasının Milli Neft Şirkətinin baş direktoru Maixent Raoul Ominganın rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Ali Neft Məktəbində (BANM) olub. Görüşdə BANM-da bakalavriat səviyyəsində təhsil alan konqolu gənclər də iştirak ediblər.

“İki sahil” xəbər verir ki, Ali Məktəbin rektoru Elmar Qasımov bu əməkdaşlığın önəmini vurğulayıb və konqolu tələbələrin peşəkar mütəxəssis kimi yetişməsində mühüm əhəmiyyət kəsb edəcəyini bildirib.

Öz növbəsində, Maixent Raoul Ominga konqolu gənclərin neft-qaz sahəsində müasir bilik və bacarıqlara sahib olmalarının, həmçinin beynəlxalq təcrübə qazanmasının onların karyera perspektivlərini genişləndirəcəyini qeyd edib.  

İki ölkə arasında daha geniş əməkdaşlıq perspektivlərinin açılacağını, tələbə və mütəxəssislər üçün yeni imkanlar yaradacağına inandığını ifadə edib.

Görüşün sonunda tərəflər arasında əməkdaşlığın gücləndirilməsi və gələcək layihələr barədə müzakirələr aparılıb.

Qonaq “Tələbə evi”nə baş çəkərək, tələbələrin yaşayış şəraiti ilə yaxından tanış olub.

Xatırladaq ki, 8 konqolu gənc Bakı Ali Neft Məktəbində Neft-qaz mühəndisliyi və Kimya mühəndisliyi ixtisasları üzrə bakalavriat səviyyəsində təhsil alır. Bu, “Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Konqo Milli Neft Şirkəti arasında təlim haqqında Anlaşma Memorandumu” çərçivəsində baş tutub.