18 oktyabr 2024 12:53
65

Türkiyə Gürcüstanı “3+3” platformasının işinə qoşulmağa çağırır- Hakan Fidan

Türkiyə Gürcüstanı regional problemlərin birgə həlli yollarını tapmaq üçün “3+3” platformasının işinə qoşulmağa çağırır.

“İki sahil” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan XİN başçılarının "3+3" formatında keçirilən görüşünün açılışında çıxışı zamanı bildirib.