18 oktyabr 2024 12:33
74

Zelenskinin təqdim etdiyi əslində “məğlubiyyət planıdır” - Orban

Macarıstanın baş naziri Viktor Orban hesab edir ki, Ukrayna prezidenti Vladimir Zelenskinin təqdim etdiyi “qələbə planı” əslində “məğlubiyyət planıdır”.

“İki sahil” “Kommersant”a istinadla xəbər verir ki, o, vurğulayıb ki, Macarıstan onun həyata keçirilməsinə töhfə vermək niyyətində deyil.

“İndiyə qədər plan kimi mövcud olan şey məğlubiyyət planı oldu. İndi bunu qələbə planına çevirmək istəyirlər. Dünən dedim ki, biz bunda iştirak etmirik, bu, bizim qələbə planımız deyil və fikrimizcə... bu qələbə planı ilə siz qalib gələ bilməzsiniz, ancaq uduzmaq olar”, - deyə Orban “Kossuth” radiosunda deyib.