İraqda İŞİD terrorçularına qarşı döyüşmək üçün yaradılan Xalq Səfərbərlik Qoşunlarının 62 yaşlı snayperi Əbu Tahsin 2015-ci ildən bu yana 300 terrorçu öldürüb.
Xalqın Səfərbərlik Qoşunlarının yayımladığı videoda 60 yaşlı Tahsin vuruşmasının məqsədinin ölkəsini müdafiə etmək olduğunu deyir.
İraqın Beyci bölgəsinin şimalındakı Makul dağlarında çəkilən görüntülərdə Tahsin iki ildir könüllü olaraq İŞİD terrorçularına qarşı döyüşdüyünü söyləyərək, "Bu dağların əhatə etdiyi sahə görürsünüzmü? Anda ola Allah, heç kim buraya yaxınlaşa bizlməz", - deyərək, terrorçulara meydan oxuyur.
İşindəki ustalığını təmkinliyinə bağlayan Əbu Tahsin, "Rahatam. Beynim rahatdır. Məni bəzən başqa yerlərdə tapşırıq verirlər, amma mən həmişə buraya gəlmək istəyirəm. Son olaraq istirahət üçün bir ay icazə verdilər, amma 12 gün sonra geri qayıtdım", - deyə bildirir.