08 aprel 2026 15:46
126

Tramp ABŞ-ın İrana yaxın əməkdaşlıq edəcəyini açıqlayıb

ABĞ Prezidenti Donald Tramp bildirib ki, ABŞ İran ilə yaxın əməkdaşlıq edəcək və münaqişənin həlli üzrə planın 15 maddəsinin çoxu artıq razılaşdırılıb.

“İki sahil” xəbər verir ki, o, bu barədə "Truth Social" sosial şəbəkəsində yazıb: “Amerika Birləşmiş Ştatları çox məhsuldar hakimiyyət dəyişikliyi yaşamış İranla yaxın əməkdaşlıq edəcək!”.

ABŞ liderinin sözlərinə görə, Vaşinqton Tehran ilə gömrük rüsumlarının və sanksiyaların yumşaldılması məsələlərini müzakirə edəcək.

Əvvəllər Tramp Yaxın Şərqdə iki həftəlik atəşkəs fonunda “qızıl dövr”ün başlaya biləcəyini proqnozlaşdırmışdı.