Türkiyənin Aralıq dənizi sahillərində güclü zəlzələ olub.
“İki sahil” bu barədə Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyinə (AFAD) istinadən xəbər verir.
Məlumata görə, yerli vaxtla 14:35-də 4,8 bal gücündə zəlzələnin episentri Aralıq dənizi olub, yeraltı ocağı 5,53 kilometr dərinlikdə qeydə alınıb.
Zərərçəkənlər və dağıntılar barədə məlumat yoxdur.
Bundan bir neçə saat əvvəl Türkiyənin Çorum vilayətində 4 bal gücündə zəlzələ baş vermişdi.
İsrail ilə danışıqlar zəiflik əlaməti deyil - Livan prezidenti xalqa müraciət etdi
ABŞ və İran arasında yekun atəşkəs sazişi ilə bağlı işlər artıq 80 faiz başa çatıb