ABŞ Prezidenti Donald Tramp İrana silah tədarük edən ölkələrə qarşı sərt tarif tədbirləri tətbiq etmək niyyətində olduğunu bildirib.
“İki sahil” xəbər verir ki, o, bu bəyanatı "Truth Social"da, sanksiyaların yumşaldılmasına dair Tehranla danışıqların başlanması barədə paylaşımın ardınca dərc edib.
"İrana silah tədarük edən ölkələr dərhal qüvvəyə minməklə 50% rüsuma cəlb ediləcək", - o vurğulayıb.
Trampın sözlərinə görə, yeni tədbir heç bir istisna olmadan tətbiq ediləcək. "İstisnalar və azadolmalar olmayacaq", - o qeyd edib.
İsrail ilə danışıqlar zəiflik əlaməti deyil - Livan prezidenti xalqa müraciət etdi
ABŞ və İran arasında yekun atəşkəs sazişi ilə bağlı işlər artıq 80 faiz başa çatıb