24 noyabr 2026 20:41
85

"Barselona"nın "Sabah" ilə oyunöncəsi açıq məşqi keçirilib

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin V turunda Bakıda "Sabah" klubu ilə üz-üzə gələcək İspaniya təmsilçisi "Barselona" oyundan əvvəl məşqə çıxıb.

“İki sahil” xəbər verir ki, Hans-Diter Flikin komandasının Bakı Olimpiya Stadionunda gerçəkləşən hazırlıq prosesinin ilk 15 dəqiqəsi media üçün açıq olub.

Futbolçular isinmə hərəkətlərinin ardından müxtəlif təmrinləri yerinə yetiriblər.

Qeyd edək ki, "Sabah" - "Barselona" matçı noyabrın 25-də Bakı Olimpiya stadionunda, saat 21:45-də start götürəcək.