24 noyabr 2026 17:09
53

Region məşqçiləri D kateqoriyalı kurslarda

AFFA-nın dəstəyi ilə Bakı Futbol Federasiyası (BFF) tərəfindəntəşkil olunan 5-ci D kateqoriyalı məşqçi kursuna start verilib.

Diqqətçəkici məqam ondan ibarətdir ki, kursa paytaxtdan əlavəQarabağ, Mərkəz, Cənub, Şimal, Şimal-Qərb Regional FutbolFederasiyalarını təmsil edən 18 məşqçi cəlb edilib. 

Kurs Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsiilə açıq elan olunub. Tədris AFFA-nın Məşqçiləri MaarifləndirməŞöbəsinin rəhbəri Aslan Kərimovun nəzarəti ilə təlimatçılar İlham Əzizzadə və Mehdi İbrahimov tərəfindən aparılır. 

Üç gün davam edəcək kursda iştirakçılara məşqçilik fəaliyyətininəsasları üzrə nəzəri və praktiki biliklər aşılanacaq. Tədrisproqramını uğurla mənimsəyən iştirakçılara kursun sonunda AFFA D kateqoriyalı məşqçi lisenziyaları təqdim olunacaq.

Bakı Futbol Federasiyasının

Mətbuat Xidməti