24 noyabr 2026 16:54
68

Güləşçi Sadiq Mustafazadə üç il müddətinə diskvalifikasiya edilib

Güləşçi Sadiq Mustafazadə antidopinq qaydalarını pozduğuna görə 36 ay müddətinə idmandan kənarlaşdırılıb.

İdmançının antidopinq qayda pozuntusu onun nümunəsində qadağan edilmiş maddənin – 19-norandrosteronun və ya onun metabolitlərinin, markerlərinin aşkar edilməsi (2.1), eləcə də qadağan edilmiş maddədən və ya üsuldan istifadə etməsi və ya buna cəhd göstərməsi (2.2) ilə əlaqələndirilib.

Sanksiya 30 aprel 2026-cı il tarixindən qüvvəyə minib və 29 aprel 2029-cu il tarixinədək davam edəcək.