24 noyabr 2026 14:22
80

SOCAR-ın prezidenti “Wison Engineering Ltd” şirkətinin baş icraçı direktoru ilə görüşüb

24 noyabr 2026-cı il tarixində SOCAR-ın prezidenti Rövşən Nəcəf “Wison Engineering Ltd” şirkətinin baş icraçı direktoru Cou Honqlayanq ilə görüşüb.

“İki sahil” xəbər verir ki, görüşdə qonağa SOCAR-ın enerji dəyər zəncirinin müxtəlif sahələrini əhatə edən çoxşaxəli fəaliyyəti, o cümlədən emal, neft-kimya, rəqəmsallaşma sahələrində həyata keçirdiyi layihələr barədə məlumat verilib.

Söhbət zamanı tərəflər neft-kimya sahəsində, innovativ texnoloji həllərin tətbiqi ilə  istehsal sahələrinin modernləşdirilməsi və enerji səmərəliliyinin artırılması istiqamətlərində əməkdaşlıq imkanlarına, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparıblar.